I Yustinian

Fla`vi Pyotr Savva`ti Yusinia`n

lat. Flavius Petrus Sabbatius Iustinianus

yun. Φλάβιος Πέτρος Σαββάτιος Ιουστινιανός
527 – 565
ƏvvəlkiI Yustin
SonrakıII Yustin
Şəxsi məlumatlar
Doğum adı Petrus Sabbatius
Doğum tarixi
Doğum yeri Tveriya, Makedoniya
Vəfat tarixi (82 yaşında)
Vəfat yeri Konstantinopol
Dəfn yeri Konstantinopol
Fəaliyyəti siyasətçi, imperator, yazıçı
Atası Savvati
Anası Vigelantiya
Həyat yoldaşı Teodora
Uşağı 2 uşaq
Ailəsi Yustinianlar sülaləsi
Dini şərqi xristianlıq[d], xristianlıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fla`vi Pyotr Savva`ti Yusinia`n (lat. Flavius Petrus Sabbatius Iustinianus, yun. Φλάβιος Πέτρος Σαββάτιος Ιουστινιανός) tarixdə daha çox I Yustinia`n yaxud Böyük Yustinia`n (11 may 482[1][2] və ya 11 may 483[3]14 noyabr 565[1][2][…], Konstantinopol[4]) kimi tanınan Yustinianlar sülaləsinə məxsus 527-565-ci illərdə Bizans imperatoru.

Yustinianın hakimiyyəti imperiyanın bərpası (renovatio imperii) ilə əlamətdardır.[5] Onun generalı Belisarius, şimali Afrikada yerləşən Vandal krallığını fəth etdi və krallıq 534-cü ildə süqut etdi. Sonradan Belisarius, Narses və digər generallar Ostroqot krallığını zəbt edərək Dalmatiya, Siciliya, İtaliya və Romanı ostqotların yarım əsrdən çox hökmranlığından sonra imperiyaya qaytardılar. Prefekt Liberius İberiya yarımadasının cənubunu geri alaraq İspaniya əyalətini yaratdı. Bu yürüşlər qərbi Aralıq dənizi üzərində Roma nəzarətini bərpa etdi və İmperiyanın illik gəlirini bir milyon solididən çox artırdı.[6] Yustinian hakimiyyəti dövründə Qara dənizin şərq sahilində, əvvəllər heç vaxt Roma hakimiyyəti altında olmamış Tzani xalqını da tabe etdi.[7] O, şərqdə I Qubad dövründə, daha sonra isə yenə I Xosrovun dövründə Sasani imperiyası ilə müharibələr apardı: ikinci münaqişə qismən onun qərbdəki ambisiyalarına görə başladı.

Onun hakimiyyətinin əks-səda doğuran cəhəti bir çox müasir dövlətlərdə hələ də mülki hüququn əsasını təşkil edən Roma hüququnun, Mülki hüquq toplusunun (Corpus Juris Civilis) vahid şəkildə yenidən yazılması idi.[8] Onun hakimiyyəti Bizans mədəniyyətinin çiçəkləndi və Ayasofya kimi memarlıq abidələri inşa edildi. O, Şərqi Pravoslav Kilsəsində "İmperator Müqəddəs Yustinian" adlanır.[9] Onun bərpa fəaliyyətlərinə görə, Yustinian bəzən 20-ci əsrin ortalarında tarixşünaslıqda "Son Romalı" kimi tanınmışdı.[10]

  1. 1 2 autori vari Enciclopedia Dantesca (it.). / U. Bosco Istituto dell'Enciclopedia Italiana, 1970.
  2. 1 2 Любкер Ф. Iustinianus (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 707–708.
  3. Justinian I. (ing.). // Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information / H. Chisholm 11 New York, Cambridge, England: University Press, 1911. Vol. 15. P. 596–602.
  4. http://onlinelibrary.wiley.com/doi/10.1111/j.1468-0025.2008.00486.x/full.
  5. J. F. Haldon, Byzantium in the seventh century (Cambridge, 2003), 17–19.
  6. "History 303: Finances under Justinian". Tulane.edu. 9 March 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 November 2012.
  7. Evans, J. A. S., The Age of Justinian: the circumstances of imperial power. pp. 93–94
  8. John Henry Merryman and Rogelio Pérez-Perdomo, The Civil Law Tradition: An Introduction to the Legal Systems of Europe and Latin America, 3rd ed. (Stanford: Stanford University Press, 2007), pp. 9–11 Arxivləşdirilib 2022-01-23 at the Wayback Machine.
  9. "St. Justinian the Emperor". Orthodox Church in America (ingilis). 1 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 November 2017.
  10. For instance by George Philip Baker (Justinian, New York 1938), or in the Outline of Great Books series (Justinian the Great).

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search